Bakıda təlim-məşq toplanışında olan 18 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının Türkiyənin müvafiq yaş qrupundan ibarət komandasına qarşı keçirəcəyi ikinci yoxlama oyununu idarə edəcək hakimlər briqadasında dəyişiklik olub

Bakıda təlim-məşq toplanışında olan 18 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının Türkiyənin müvafiq yaş qrupundan ibarət komandasına qarşı keçirəcəyi ikinci yoxlama oyununu idarə edəcək hakimlər briqadasında dəyişiklik olub. Matc.az xəbər verir ki, bu barədə AFFA-nın rəsmi saytı məlumat yayıb.
 
Hakimlər briqadasının bütün üzvləri dəyişdirilib. Daha öncə bu görüşü Əkbər Əhmədov, Teymur Teymurov, Tərlan Talıbzadə və Emin Əliyevdən ibarət briqadanın idarə edəcəyi açıqlanmışdı.
 
Xatırladaq ki, bu komandalar arasında keçirilmiş ilk oyunda millimiz 0:1 hesabıyla məğlub olub.
 
Sabah baş tutacaq ikinci qarşılaşmanı idarə edəcək hakiməri diqqətinizə çatdırırıq:
 
Yoxlama oyunu
30 avqust
 
Azərbaycan - Türkiyə
Hakimlər: İslam Məmmədov, Cahangir Yusifzadə, Sənan Atayev, Tural İbrahimov.
Dalğa Arena. Saat 19:00.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest