İspaniyanın "Selta" klubu hücumçusu Santi Minanı icarəyə göndərib. Matc.az xəbər verir ki, La Liqa təmsilçisi onu Səudiyyə Ərəbistanının "Əl-Şabab" klubuna icarəyə verib.
 
Bu barədə klubun rəsmi saytı məlumat yayıb. 26 yaşlı forvardın 2023-cü ilin 30 iyununa kimi "Əl-Şabab"da forma geyinəcəyi diqqətə çatdırılıb.
 
Santi Mina "Selta"nın öz yetirməsidir. O, 2015-2019-cu illər aralığında "Valensiya"da oynadıqdan sonra yenidən doğma klubuna qayıdıb. İspaniyalı futbolçu "Selta"da 163 oyuna 42 qol vurub.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest