"Tottenhem" klubu müdafiəçi Kristian Romeronu transfer edib. Matc.az İngiltərə mətbuatına istinadən xəbər verir ki, müqavilənin müddəti 2027-ci ilə qədərdir.
 
"Transfermarkt" portalının məlumatına görə, sövdələşmə 50 milyon avro dəyərində qiymətləndirilir.
 
Romero ötən yay "Atalanta"dan icarə əsasında "Tottenhem"ə keçib. 24 yaşlı argentinalı 2021/22 mövsümündə "Tottenhem"in heyətində 30 oyuna çıxıb, 1 qol vurub və 1 məhsuldar ötürmə edib.
 
"Tottenhem" öz oyunçularından Harri Uinksi də İtaliyanın "Sampdoriya" klubuna icarəyə verib. 26 yaşlı mərkəz müdafiəçisi mövsümün sonuna kimi A Seriyasında çıxış edəcək. "Tottenhem"in öz yetirməsi olan ingilis futbolçunun bütün karyerası yalnız London klubuna bağlıdır. O, bu komandada 203 oyuna çıxıb, 5 qol vurub. Uinks İngiltərə millisində də 10 oyuna 1 dəfə fərqlənib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest