31 Avqust 2022, 11:50
AVROPA LİQASI
"Qarabağ"ın UEFA çempionlar Liqasının pley-offunda "Viktoriya" (Plzen) komandası ilə oyununu izləmişəm. Bu rəqiblə qarşılaşmaq istəmirdim". Matc.az xəbər verir ki, bunu Azərbaycan təmsilçisinin Avropa Liqasının qrup mərhələsindəki rəqiblərindən olan Yunanıstan "Olimpiakos"unun qapıçısı Tomaş Vatslik sosial şəbəkə hesabında yazıb.
33 yaşlı qolkiper Avroliqanı arzulamadıqlarını bildirib: "Amma oynadığımız matçlardan sonra buna sevinməliyik. "Olimpiakos"un ambisiyaları hər zaman yüksəkdir".
"Qarabağ" "Olimpiakos"a qarşı ilk matçını oktyabrın 6-da səfərdə, növbəti görüşünü isə bundan bir həftə sonra Bakıda keçirəcək.