02 Sentyabr 2022, 11:26
AVROPA LİQASI
UEFA "Qarabağ"ın Avropa Liqasında qrupdakı rəqiblərindən "Olimpiakos"un iştirak ərizəsini açıqlayıb. Matc.az saytı xəbər verir ki, Karlos Korberan avrokubok matçları üçün 30 futbolçunu sifariş edib.
Onlardan 3-ü qapıçı, 9-u müdafiəçi, 10-u yarımmüdafiəçi, 8-i isə hücumçudu. İspaniyalı çalışdırıcının müəyyənləşdirdiyi heyətdən 6 nəfər B siyahısında göstərilib.
ümumilikdə 30 oyunçudan 17-si əcnəbidi.
Qapıçılar: 1. Tomaş Vaçlik (çexiya), 88. Kostas Tzolakis, 99. Atanasios-Teoloqos Papadudis;
Müdafiəçilər: 2. Şime Vrsaliko (Xorvatiya). 14. Tanasis Androtsos, 23. Leonardo Kutris, 24. Usseynu Ba, 66. Pape Abu Sisse (hər ikisi Seneqal), 26. Qonzalo Avila (İspaniya), 44. Kostas Manolas, 45. Oleq Ryabçuk (Moldova), 75. Fotios Kitsos;
Yarımmüdafiəçilər: 5. Andreas Buxalakis, 6. Yann Mvila, 28. Metyu Valbuena (hər ikisi Fransa), 8. Pyerr Kunde (Kamerun), 10. Filip Zinkernaqel (Danimarka), 22. Aqibu Kamara (Qvineya), 33. İnbeom Hvan (Cənubi Koreya), 55. Xristos Liatsos, 74. Andreas-Rixardos Ntoi, 92. Yannis Karakutis;
Hücumçular: 9. Ahmed Hassan (Misir), 11. Yussef El-Arabi (Mərakeş), 17. Marius Vrusay, 19. Giorqos Masuras, 30. Konrad De La Fuente (ABŞ), 60. Anastasios-Andreas Tselios, 77. Qarri Rodriges (Niderland), 97. Lazar Randyeloviç (Serbiya);
Baş məşqçi: Karlos Korberan (İspaniya).
Qeyd edək ki, "Olimpiakos" G qrupunda ilk oyununu sentyabrın 8-də səfərdə "Nant"a qarşı keçirəcək. "Qarabağ" isə həmin gün Almaniyada "Frayburq"un qonağı olacaq.