"Qalatasaray" sağ cinah müdafiəçisi Omar Elabdellaui ilə yollarını ayırıb. Matc.az xəbər verir ki, bu barədə İstanbul təmsilçisinin mətbuat xidməti məlumat yayıb.
 
Xəbərdə bildirilir ki, Norveçdən olan futbolçu ilə sözləşməyə birtərəfli qaydada xitam verilib. Onun klubla müqaviləsi 2023-cü ilin yayına qədər idi.
 
"Qalatasaray" Omarı 2020-ci ilin avqustunda azad agent kimi heyətinə qatmışdı. O, bu komandanın heyətində 20 oyuna çıxıb və 1 qola imza atıb. Lakin 2021-ci ilin ilk günündə yeni il şənliyi zamanı sifətindən ağır xəsarətlər alan futbolçu yaşıl meydanlardan uzaq durmaq məcburiyyətində qalmışdı.
 
"Mançester Siti"nin yetirməsi olan Omar Elabdellaui karyerası ərzində "Stromsqodset", "Feyenoord", "Ayntraxt" (Braunşveyq), "Hall Siti" kimi klublarda da çıxış edib. 30 yaşlı futbolçu Norveç yığmasında da 49 oyuna çıxıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest