"Qarabağ" Avropa Liqasının qrup mərhələsinin 1-ci turu çərçivəsində "Frayburq"a qarşı keçirəcəyi səfər matçından öncə Almaniyadakı azarkeşlərə müraciət edib. Matc.az Ağdam klubunun mətbuat xidmətinə istinadən xəbər verir ki, "Europa Park" stadionunda baş tutacaq görüşü izləmək istəyən fanatlar N-16 və N-17 sektorlarının giriş qapısından bilet ala bilərlər. Biletlərin qiyməti 29 avrodur.
 
Sentyabrın 8-də keçiriləcək "Frayburq" – "Qarabağ" matçına Bakı vaxtı ilə saat 23:00-da start veriləcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest