03 Sentyabr 2022, 16:03
AVROPA LİQASI
Yunanıstanın "Olimpiakos" komandasının yeni transferi Hvan Uy Jo Avropa Liqasının qrup mərhələsindəki rəqibləri barədə danışıb. Matc.az xəbər verir ki, İngiltərənin "Nottingem Forest" klubundan icarəyə götürülən 30 yaşlı cənubi koreyalı hücumçu ilk dəfə bu turnirdə çıxış edəcəyi üçün həyəcanlı olduğunu bildirib.
O, Yunanıstan mətbuatına müsahibəsində bunları söyləyib:
"Rəqiblərimiz güclüdür. Amma növbəti mərhələyə vəsiqə qazanmamağımız üçün hansısa səbəb görmürəm. Biz də rəqiblər qədər güclüyük. Qrup matçlarınadək təkmilləşməli, qarşılaşmalar keçirməli və qollar vurmalıyıq".
"Qarabağ" "Olimpiakos"a qarşı ilk oyununu oktyabrın 6-da səfərdə, növbəti görüşünü isə bundan bir həftə sonra Bakıda keçirəcək. G qrupunda həmçinin Almaniyanın "Frayburq" və Fransanın "Nant" komandaları da mübarizə aparacaq.