Almaniyanın "Frayburq" klubunun baş məşqçisi Kristian Ştrayx Avropa Liqasının qrup mərhələsindəki şanslarını dəyərləndirib. Matc.az saytı xəbər verir ki, 57 yaşlı mütəxəssis onlar üçün bu turnirin prioritet olmadığını etiraf edib.
 
G qrupunda ilk oyununu Azərbaycan çempionu "Qarabağ"a qarşı keçirəcək "Frayburq" Bundesliqadakı mübarizəni də əsas sayır. Ştrayx Almaniya mətbuatına açıqlamasında 5 turdan sonra 12 xalla liderlik etdikləri Bundesliqada qalmağın daha vacib olduğunu deyib:
 
"ölkə çempinatında lider olmağımız o deməkdi ki, komandamızda hər şey qaydasındadı. Bəzi oyunlarda bəxtimizin gətirdiyini də etiraf eləməliyəm. İndi bütün diqqətimizi "Qarabağ"a qarşı keçirəcəyimiz Avropa Liqası matçına yönəltmişik. Avropada yarışmağımız fövqəladə haldı. Avropa Liqasında çıxış etdiyimiz bir mövsümdə "Frayburq"u Bundesliqada saxlamaq vacibdi".
 
Qeyd edək ki, "Frayburq" ilk oyununu sentyabrın 8-də öz meydanında "Qarabağ"a qarşı keçirəcək.
 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest