"Qarabağ"ın Avropa Liqasının qrup mərhələsindəki rəqibi "Nant"ın baş məşqçisi Antuan Kombuare yay transfer dönəmini dəyərləndirib. Matc.az saytı xəbər verir ki, 59 yaşlı mütəxəssis heyətlə bağlı məyusluğunu dilə gətirib.
 
O, iki cəbhədə mübarizə apardıqlarını nəzərə alaraq, ixtiyarındakı oyunçu sayının az olduğunu söyləyib:
 
"Əsas oyunçuların bir çoxunu saxlamaqla yanaşı, 4 yeni oyunçu gətirdik. Ancaq daha çox transfer arzulayırdım. çünki dünya çempionatı ilə əlaqədar təqvim çox sıx olacaq, Azərbaycana və Yunanıstana uzaq səfərlərimiz olacaq. Avropa Liqasında da uğurlu çıxış üçün geniş heyət vacib idi. Açığı, transfer dönəmində məyus oldum. Bir tərəfdən də transfer pəncərəsinin bitməsinə sevinirəm. çünki xəyal qurmağı dayandırdım".
 
Qeyd edək ki, "Nant" Avropa Liqasının qrup mərhələsində ilk oyununu sentyabrın 8-də öz meydanında "Olimpiakos"a qarşı keçirəcək. Fransa təmsilçisi II tur çərçivəsində sentyabrın 15-də Bakıda "Qarabağ"ın qonağı olacaq.
 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest