Avropa Liqasının qrup mərhələsinin ilk turunda "Qarabağ"ı qəbul edəcək Almaniyanın "Frayburq" klubu iştirak ərizəsini UEFA-ya göndərib.

Avropa Liqasının qrup mərhələsinin ilk turunda "Qarabağ"ı qəbul edəcək Almaniyanın "Frayburq" klubu iştirak ərizəsini UEFA-ya göndərib. Matc.az qitə futbol qurumunun rəsmi saytına istinadən xəbər verir ki, Frayburq təmsilçisinin baş məşqçisi Kristian Ştrayx siyahıya 24 futbolçunun adını daxil edib.

Heyətdə 2 qapıçı, 8 müdafiəçi, 8 yarımmüdafiəçi və 6 hücumçu yer alıb.

"Frayburq" - "Qarabağ" matçı sentyabrın 8-də keçiriləcək. "Europe Park" stadionunda təşkil olunacaq bu oyuna Bakı vaxtı ilə saat 23:00-da start veriləcək.

Qapıçılar: 1. Benyamin Uphoff, 26. Mark Flekken;

Müdafiəçilər: 2. Uqo Sike, 3. Filip Linhardt, 5. Manuel Qulde, 17. Lukas Kübler, 28. Mattias Ginter, 30. Kristian Günter, 31. Keven Şlotterbek, 60. Endi Xoti;

Yarımmüdafiəçilər: 7. Jonatan Şmid, 8. Maksimilian Eggeştayn, 14. Yannik Kaytel, 27. Nikolas Höfler, 29. çon U Yon, 32. Vinçentso Qrifo), 34. Merlin Röl, 42. Ritsu Doan;

Hücumçular: 9. Lukas Höler, 11. Daniel-Kofi Köreh, 18. Nils Petersen, 22. Roland Şallai, 38. Mixael Qreqoriç, 39. Vinsent Vermey.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest