Azərbaycanlı FİFA referisi Əliyar Ağayev Avropa Liqasının qrup mərhələsinin oyununa təyinat alıb

Azərbaycanlı FİFA referisi Əliyar Ağayev Avropa Liqasının qrup mərhələsinin oyununa təyinat alıb. Matc.az xəbər verir ki, Avroliqanın qrup mərhələsinin sentyabrın 8-də, Avstriyada keçiriləcək "Şturm" (Qrats, Avstriya) – "Midtyulland" (Danimarka) qarşılaşmasının baş hakimi Əliyar Ağayev olacaq.
 
Ona yan xətt hakimləri Zeynal Zeynalov və Akif Əmrəli kömək edəcəklər. Dördüncü hakim funksiyasını İnqilab Məmmədov yerinə yetirəcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest