AFFA-nın Lisenziyalaşdırma Qrupunun rəhbəri Elçin Məmmədov UEFA-dan təyinat alıb. Matc.az xəbər verir ki, Elçin Məmmədov Avropa Liqasının qrup mərhələsində Türkiyənin "Trabzonspor" və Serbiyanın "Srvena Zvezda" komandaları arasındakı matçda UEFA matç direktoru (UEFA Venue Director) qismində çalışacaq.
 
Oyun sentyabrın 15-də Türkiyənin Trabzon şəhərindəki "Şenol Güneş Spor Kompleksi" stadionunda keçiriləcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest