Almaniyanın "Leypsiq" klubu baş məşqçi Domeniko Tedesko ilə yollarını ayırıb. Matc.az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb.
 
"Leypsiq" ötən gecə UEFA çempionlar Liqasının oyununda öz meydanında "Şaxtyor"a 1:4 hesabı ilə məğlub olub.
 
Komanda Almaniya Bundesliqasına da pis başlayıb və 5 oyundan sonra 5 xalla 11-ci pillədə qərarlaşıb.
 
Tedesko 2021-ci ildə Almaniya klubunun sükanı arxasına keçmişdi. İtaliyalı mütəxəssis 2019-2021-ci illərdə Moskva "Spartak"nı çalışdırmışdı.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest