Avropa Liqasının qrup mərhələsində ilk oyununu "Qarabağ"a qarşı keçirəcək "Frayburq"da zədəli futbolçulardan biri sıraya dönüb.

Avropa Liqasının qrup mərhələsində ilk oyununu "Qarabağ"a qarşı keçirəcək "Frayburq"da zədəli futbolçulardan biri sıraya dönüb. Matc.az saytı Almaniya mətbuatına istinadən xəbər verir ki, hücumçu Daniel-Kofi Kyere bugünkü qarşılaşmanın iştirak ərizəsinə salınıb.
 
Zədəsini sağaltdıqdan sonra "Frayburq"un əvəzedici heyətində bir matçda meydana çıxan Qana millisinin üzvü artıq əsas kollektivə qayıdıb. Baş məşqçi Kristian Ştrayx 26 yaşlı forvardın bu gün meydana çıxmasını istisna etməyib. Kyere yay fasiləsində "Frayburq"a azad agent kimi keçib.
 
Bundesliqanın liderinin hazırda yeganə ciddi itkisi Roland Şallaidi. Onun "Qarabağ" önündə komandasına kömək etməyəcəyi dəqiqdi.
 
Qeyd edək ki, bu gün "Avropa-Park" stadionunda keçiriləcək "Frayburq" – "Qarabağ" oyunu Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest