10 Sentyabr 2022, 10:55
TOP OYUNLARI
Qadın voleybolçulardan ibarət Azərbaycan milli komandası AÇ-2023-ün seçmə mərhələsində bu gün sonuncu oyununu keçirəcək.
Qadın voleybolçulardan ibarət Azərbaycan milli komandası Aç-2023-ün seçmə mərhələsində bu gün sonuncu oyununu keçirəcək. Matc.az xəbər verir ki, həlledici qarşılaşmada rəqib Avstriya yığması olacaq. Şvexatda baş tutacaq səfər görüşünə Bakı vaxtı ilə saat 22:25-də start veriləcək.
Bu qarşılaşma Aç-2023-ə vəsiqə baxımından həlledici xarakter daşıyır. Matçın nəticəsinə görə Sloveniyanın ardınca qrup ikincisi olaraq 2023-cü ildə keçiriləcək Avropa çempionatının final mərhələsinə yüksələcək komandanın adı müəyyən olunacaq.
Hazırda 9 xalla D qrupunda 2-ci pillədə yer alan yığmamız final mərhələsinə vəsiqə əldə etmək üçün qələbə qazanmalıdır. 2005-ci ildən başlayaraq Avropa çempionatının final mərhələlərinin daimi iştirakçısı olan millimizin ardıcıl 10-cu dəfə həlledici raunda yüksəlməsi üçün 1 xal da yetərlidir. Avstriya seçməsi isə Azərbaycandan 2 xal geri qalır.
Bakıda keçirilən matçda Eldar Yusubovun baş məşqçi olduğu kollektiv bu rəqibi 3:0 hesabı ilə məğlub edib.
Qruplarda birinci və ikinci yeri tutacaq komandalar Belçika, İtaliya, Estoniya və Almaniyanın ev sahibi olacağı Aç-2023-ün final mərhələsinə yüksələcək. D qrupundan Sloveniya artıq vəsiqəni təmin edib.