10 Sentyabr 2022, 15:21
TOP OYUNLARI
"Elerre" ilə müqavilə imzaladığım üçün şadam. Bu, mənim üçün yeni təcrübə olacaq. Hədəfimiz çempionatda yaxşı çıxış etməkdir. Düşünürəm ki, bunun öhdəsindən gələcəyik".
Azərbaycan millisinin voleybolçusu Şəfaqət Alışanova karyerasını Macarıstanda davam etdirəcək. Matc.az xəbər verir ki, 31 yaşlı toppaylayıcı "Elerre" klubuna keçib. O, artıq Ekstraliqanın debütantına qoşulub. Azərbaycan klubları ilə yanaşı, Polşa və Yunanıstanda da oynamış Şəfaqət əvvəllər də Macarıstanda çıxış edib.
Alışanova yeni klubuna keçməyinə şad olduğunu deyib:
"Elerre" ilə müqavilə imzaladığım üçün şadam. Bu, mənim üçün yeni təcrübə olacaq. Hədəfimiz çempionatda yaxşı çıxış etməkdir. Düşünürəm ki, bunun öhdəsindən gələcəyik".
Şəfaqətin son komandası Yunanıstanın "Porfiras" klubu olub.