Futbol üzrə Qazaxıstan millisinin sabiq futbolçusu Bulat Esmaqambetov UEFA Millətlər Liqasının qrup mərhələsinin sonuncu turu çərçivəsində Bakıda Azərbaycana qarşı keçiriləcək oyunla bağlı fikirlərini bölüşüb. Matc.az xəbər verir ki, o, ölkəsinin mətbuatına açıqlamasında Qazaxıstan yığmasının şanslarını belə dəyərləndirib:
 
"Belarusla ev matçı əsas olacaq. Bu oyunda qalib gəlməliyik. Azərbaycanla görüşdə qələbə şansımız azdır. Amma yığmanın qrup birincisi olmaq şansı yüksəkdir. Bunun üçün bir qələbə lazımdır. Amma bu, elə də asan olmayacaq. Belarus və Azərbaycan daha optimal vəziyyətdədir. Qarşıdakı oyunlar əvvəlkilərdən qat-qat çətin olacaq. Bununla belə, komandamıza inanıram. Düşünürəm ki, onlar tarix yaza bilərlər".
 
Sentyabrın 25-də "Dalğa Arena"da keçiriləcək Azərbaycan - Qazaxıstan oyununa saat 20:00-da start veriləcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest