Avropa Liqasının qrup mərhələsində iştirak edən və formada olan komandaların adları açıqlanıb. Matc.az yarışın mətbuat xidmətinə istinadən xəbər verir ki, ilk "10-luq"da Azərbaycan təmsilçisi "Qarabağ" da yer alıb.
 
Siyahı yerli çempionatlar və Avropa Liqasının nəticələrinə əsasən tərtib olunub. "Köhlən atlar" keçirdiyi son 5 qarşılaşmanın 4-də qələbə qazanıb, 1-də isə məğlub olub.
 
"Qarabağ" sentyabrın 15-də Avropa Liqasının qrup mərhələsinin 2-ci turunda "Nant"ı qəbul edəcək.
 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest