Son olaraq Qətərdə "Əl Rayyan" komandasının formasını geyinən kolumbiyalı oyumçu İspaniyanın "Real" və Almaniyanın "Bayern" klublarının da şərəfini qoruyub.

"Qarabağ"ın UEFA Avropa Liqasının qrup mərhəlsindəki rəqiblərindən olan "Olimpiakos" heyətini daha bir futbolçu ilə gücləndirir. Matc.az xəbər verir ki, Pirey təmsilçisi Xames Rodriqeslə anlaşıb.
 
Bu barədə jurnalist Fabrisio Romano özünün sosial şəbəkə hesabında paylaşım edib. Onun sözlərinə görə, 32 yaşlı yarımmüdafiəçi bu gün Afinaya gedəcək.
 
Son olaraq Qətərdə "Əl Rayyan" komandasının formasını geyinən kolumbiyalı oyumçu İspaniyanın "Real" və Almaniyanın "Bayern" klublarının da şərəfini qoruyub.
 
"Qarabağ" "Olimpiakos"a qarşı ilk oyununu oktyabrın 6-da səfərdə, növbəti görüşünü isə bir həftə sonra Bakıda keçirəcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest