Almaniyanın "Bavariya" klubunun müdafiəçisi Lukas Ernandes zədələnib. Matc.az xəbər verir ki, 26 yaşlı futbolçu UEFA çempionlar Liqasının qrup mərhələsinin 2-ci turu çərçivəsində "Barselona"ya 2:0 hesabı ilə qalib gəldikləri oyunda sıradan çıxıb.
 
Qarşılaşmadan sonra tibbi müayinədən keçən fransalı oyunçunun əzələsində problem aşkarlanıb. Münhen klubunun rəsmi saytı Ernandesin bir neçə həftə yaşıl meydanlardan kənarda qalacağını açıqlayıb.
 
Xatırladaq ki, Lukas Ernandes "Barselona" ilə görüşdə komandasının ilk qolunun müəllifi olub.
 
Bu görüşdə zədələnən münhenlilərin digər oyunçuları - Benjamin Pavarla Dayo Upamekanonun durumunun isə yaxşı olduğu bildirilir. Onların qısa zamanda komanda ilə məşqlərə başlayacağı diqqətə çatdırılıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest