Fransanın "Nant" komandasının baş məşqçisi Antuan Kombuare Avropa Liqasının qrup mərhələsi çərçivəsində "Qarabağ"a qarşı keçirdikləri oyunu şərh edib.

Fransanın "Nant" komandasının baş məşqçisi Antuan Kombuare Avropa Liqasının qrup mərhələsi çərçivəsində "Qarabağ"a qarşı keçirdikləri oyunu şərh edib.

Matc.az xəbər verir ki, o, 0:3 hesabıyla məğlub olduqları matçdan sonra baş tutan mətbuat konfransında bunları söyləyib:

- Birinci hissədə yaxşı oynadıq. Amma qol vura bilmədik. Rəqib isə bundan yararlandı. İkinci hissədə 12 dəqiqəyə 3 qol vurdular. Buna görə onlara afərin deyirəm. Bravo!

- İstefa verməyi düşünürsüz?
- Təbii ki, yox. Futbolda udmaq da olar, uduzmaq da. "Qarabağ"ı revanş üçün gözləyəcəyik.

- Oyundan öncə fransalı azarkeşlər yazırdı ki, "uduzsanız, Fransaya gəlməyin". Bu məğlubiyyəti necə izah edəcəksiz onlara?
- Mən bu suala cavab vermək istəmirəm. Biz evə qayıtmalıyıq. Qarşıda Liqa 1 çərçivəsində vacib görüşümüz var. Sosial şəbəkədə yazılanlara baxmıram və çox fikir vermirəm.

- Püşk atılarkən düşündüyünüz mənzərə ilə indiki mənzərə arasında nə kimi fərqlər var? 
- Bizim 6 oyunumuz var. Birini udduq, birini uduzduq. çalışacağıq ki, bundan sonrakı oyunlarda da qalib gələk.

- "Qarabağ" haqqında bu günə qədər nə düşünürdüz, indi nə düşünürsüz?
- Mən əvvəl də demişdim, "Qarabağ" çox güclü komandadır. Əvvəldən bilirdik ki, çətin olacaq. Lakin 3 qol buraxacağımızı gözləmirdik.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest