"Qarabağ"ın yarımmüdafiəçisi Filip Ozobiç Avropa Liqasının qrup mərhələsi çərçivəsində Fransanın "Nant" komandasına qarşı keçirdikləri oyunu şərh edib.

"Qarabağ"ın yarımmüdafiəçisi Filip Ozobiç Avropa Liqasının qrup mərhələsi çərçivəsində Fransanın "Nant" komandasına qarşı keçirdikləri oyunu şərh edib. Matc.az xəbər verir ki, o, 3:0 hesabıyla qalib gəldikləri matçdan sonra jurnalistlərə açıqlamasında bunları söyləyib:
 
"Yaxşı qələbə oldu. Amma nəzərə almaq lazımdır ki, bu, hələ qrupdakı ikinci oyunumuz idi. Qarşıda qrup mərhələsinin daha 4 matçı var. Bu cür davam etməliyik. "Nant" böyük komandadır. Heyətində güclü futbolçular var. Rəqabətli liqada çıxış edirlər. Amma bu gün biz yaxşı futbol sərgilədik və layiqli qələbə qazandıq".

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest