Avropa Liqasının qrup mərhələsində 2-ci tur matçlarından sonra həftənin ən yaxşı oyunçusu adına namizədlər bəlli olub. Matc.az xəbər verir ki, bu ada 4 futbolçu namizəddir.
 
Həftənin ən yaxşısı olmağa Evander Ferreyra ("Midtyulland", Danimarka), Mixael Qreqoriç ("Frayburq", Almaniya), Teddi Teuma ("Yunion", Belçika) və Alireza Cahanbaxş ("Feyenoord", Niderland) iddia edir.
 
Qalib UEFA-nın rəsmi saytında azarkeşlər arasında keçirilən səsvermə yolu ilə müəyyənləşəcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest