Avropa Liqasının qrup mərhələsində 2-ci turun oyunlarını tribunalardan izləyən azarkeşlərin sayı məlum olub. Matc.az xəbər verir ki, 15 oyunda ümumilikdə 312 000-dən çox azarkeş iştirak edib.
 
İlk 5-likdə Bakıda "Qarabağ"la "Nant" arasında keçirilmiş oyun (3:0) da yer alıb. Tofiq Bəhramov adına Respublika stadionundakı matçı 26 495 azarkeş izləyib.
 
Ən çox tərəfdar isə "Roma" (İtaliya) - HJK (Finlandiya) oyununda qeydə alınıb. İtaliyadakı oyunda 60 193 fanat olub.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest