"Valensiya"nın hücumçusu Edinson Kavani İspaniya La Liqasının tarixinə düşüb. Matc.az xəbər verir ki, uruqvaylı futbolçu buna La Liqanın 6-cı turu çərçivəsində baş tutan "Selta" ilə oyunda meydana çıxmaqla nail olub.
 
Kavani La Liqada debüt edən ən yaşlı futbolçu adına sahib çıxıb. Uruqvaylı forvard 35 yaş 215-ci günündə bunu bacarıb.
 
Təcrübəli futbolçu 2015-ci ildə "Eybar"ın heyətində 35 yaş 174-cü günündə debüt edən Tsema Anibarronu geridə qoyub.
 
"Valensiya" Kavaninin debüt matçında "Selta"nı 3:0 hesabıyla məğlub edib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest