Futzal üzrə dünya çempionatının seçmə mərhələsinə hazırlaşan Azərbaycan millisi növbəti yoxlama oyununu keçirib

Futzal üzrə dünya çempionatının seçmə mərhələsinə hazırlaşan Azərbaycan millisi növbəti yoxlama oyununu keçirib. Matc.az xəbər verir ki, Aktaudakı "Halyk Arena"da oynanılan matçda rəqib Qazaxıstan seçməsi olub.
 
Qarşılaşma Azərbaycan yığmasının 5:6 hesablı məğlubiyyəti ilə bitib. Yığmanın qollarını De Angelis Conatan, Rafael Vilela (3) və qapıçı Emin Kürdov vurub.
 
Azərbaycan millisi bu rəqibə qarşı bir gün öncə baş tutmuş oyunda da 3:5 hesabı ilə məğlub olmuşdu.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest