Peşəkar Futbol Liqasının (PFL) icraçı direktoru Zaur Hacı-Məhərrəmov yeni təyinat alıb. Matc.az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, o, Təl-Əvivdəki "Blumfild" stadionunda 21 yaşadək futbolçulardan ibarət İsrail və Şimali İrlandiya yığmaları arasında keçiriləcək Avropa çempionatının pley-off mərhələsinin cavab oyununun UEFA nümayəndəsi olacaq.
 
Qeyd edək ki, görüş sentyabrın 27-də baş tutacaq.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest