26 Sentyabr 2022, 12:07
AVROPA LİQASI
Fransanın "Nant" komandasının yarımmüdafiəçisi Dennis Appya Avropa Liqasının qrup mərhələsinin 2-ci turu çərçivəsində Bakıda Azərbaycan çempionu "Qarabağ"a qarşı keçirdikləri oyunu xatırlayıb. Matc.az xəbər verir ki, 30 yaşlı futbolçu klubun rəsmi saytına açıqlamasında avrokubok görüşlərinin çətinliyindən söz açıb:
"Avropa səviyyəsində bir neçə böyük klubla qarşılaşacağıq. Bu cür təqvimi sevirik, uğurlu seriya üçün ayaqlarımızı yerə basmalıyıq. İlk turda "Olimpiakos" üzərində qələbə əla idi. Bunun üçün hər şeyimizi ortaya qoyduq. Amma "Qarabağ"la görüşdəki məğlubiyyət hələ də boğazımda düyünlənib. Buna baxmayaraq, "Frayburq"la qarşıdakı iki matç və çempionatdakı qarşılaşmalar barədə düşünməliyik".
"Qarabağ" "Nant"la ev oyununda 3:0 hesablı qələbəyə sevinmişdi. Ağdam klubu qrupda növbəti oyununu oktyabrın 6-da Yunanıstanda "Olimpiakos"a qarşı keçirəcək.