27 Sentyabr 2022, 21:17
FUTBOL
Türkiyənin Ərzurum şəhərində təlim-məşq toplanışında olan 16 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası ilk yoxlama oyununu keçirib. Matc.az xəbər verir ki, Türkiyənin müvafiq yaş qrupundan ibarət komandasına qarşı oyun 3:1 hesabı ilə rəqibin xeyrinə başa çatıb.
Millimizin heyətində 72-ci dəqiqədə Sadiq Məmmədli fərqlənib.
Bu komandalar arasında növbəti qarşılaşma sentyabrın 29-da keçiriləcək.