Fransanın "Nant" komandasının qapıçısı Alban Lafon Fransa Liqa 1-də "Loryan"a 2:3, Avropa Liqasının qrup mərhələsində isə "Qarabağ" 0:3 hesabı ilə uduzduqları oyunlar barədə danışıb. Matc.az xəbər verir ki, 23 yaşlı qolkiper hər iki qarşılaşmada çox qol buraxdıqlarını xatırladıb:
 
"Bu matçlarda harada səhv etdiyimizi bilirik. Bu, müəyyən passivlikdən irəli gəlir. Müdafiədə bəzi aparıcı oyunçularımız yox idi. Hər şey ilk növbədə məndən başlayır. Müdafiə xəttinə daha çox kömək etməliyəm. Mövsüm yalnız ev matçlarından ibarət deyil. Səfərdə də qələbə qazanmağı bacarmalıyıq".
 
"Qarabağ" qrupda növbəti oyununu oktyabrın 6-da Yunanıstanda "Olimpiakos"a qarşı keçirəcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest