Sloveniyanın Sele şəhərində cüdo üzrə böyüklər arasında Avropa Kuboku turnirinə yekun vurulub. Matc.az xəbər verir ki, yarışın ikinci günündə tatamiyə çıxan Azərbaycanın 6 cüdoçusundən heç biri medal qazana bilməyib.
 
İdmançılarmızdan ən yaxşı nəticəni 81 kiloqram çəki dərəcəsində yer alan Məhərrəm İmamverdiyev və 100 kiloqramdan yuxarı çəkidəki Camal Qamzatxanov göstərib. Hər iki təmsilçimiz beşinci olub.
 
Beləliklə, Azərbaycan cüdoçuları Avropa Kubokunu 6 medalla başa vurublar. Turnirin ilk günündə mübarizə aparan milli üzvlərindən Rəşad Yelkiyev (60 kq), Tofiq Məmmədov (66 kq) və Rəşid Məmmədəliyev (73 kq) qızıl, Kənan İsmayılov (60 kq) və Nəriman Mirzəyev (73 kq) gümüş, Ruslan Paşayev (66 kq) bürünc medal qazanıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest