Avropa Liqasının qrup mərhələsinin 3-cü turu çərçivəsində Yunanıstanda "Olimpiakos" və "Qarabağ" komandaları arasında keçiriləcək oyunun hakim təyinatları bəlli olub. Matc.az xəbər verir ki, qarşılaşma Bosniya və Herseqovinadan olan hakimlər briqadasına tapışırılıb.
 
Baş hakim İrfan Peltoya Davor Belyo və Damir Laziç laynsmanlar qismində kömək edəcəklər. Dördüncü hakim funksiyasını Antoni Bandiç yerinə yetirəcək.
 
Oktyabrın 6-da "Georgios Karaiskakis" stadionunda keçiriləcək "Olimpiakos" - "Qarabağ" görüşünə Bakı vaxtı ilə saat 23:00-da start veriləcək.
 
Sonda onu da xatırladaq ki, İrfan Pelto cari mövsümdə ikinci dəfə "Qarabağ"ın oyununa təyinat alır. 38 yaşlı referi daha əvvəl Ağdam təmsilçisinin Bakıda İsveçrə "Sürix"ini 3:2 hesabı ilə məğlub etdiyi UEFA çempionlar Liqasının 2-ci təsnifat mərhələsinin ilk qarşılaşmasında iş başında olub. Ədalət təmsilçisi həmin görüşdə 6 sarı vərəqə göstərib. Bunların 2-də meydan sahiblərinin, 4-də isə qonaqların oyunçuları cəzalanıb.
 
Bundan əlavə, Bosniya və herseqovinalı hakim Azərbaycan yığmasının 2021-ci ilin sentyabrında Lüksemburqa səfərdə 1:2 hesabı ilə məğlub olduğu Dç-2022-nin seçmə oyununu da idarə edib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest