"Qarabağ" bu gün Avropa Liqasının qrup mərhələsində növbəti oyununu keçirib. Matc.az xəbər verir ki, G qrupunda yer alan Ağdam təmsilçisi 3-cü tur çərçivəsində Yunanıstanda "Olimpiakos"un qonağı olub.
"Georgios Karaiskakis" stadionunda baş tutan qarşılaşmanı Bosniya və Herseqovinadan olan FIFA referisi İrfan Pelto idarə edib. Qarşılaşmanın ilk hissəsində qol qeydə alınmayıb. Fasilədən sonra isə rəqib qapısına 3 qol vuran vuran "Qarabağ" darmadağına sevinib.
Qrupun digər oyununda "Frayburq" Almaniyada Fransa "Nant"ını qəbul edib. Bu oyunda isə meydan sahibləri ardıcıl üçüncü qələbəyə seviniblər.
Avropa Liqası
G qrupu
6 oktyabr
Olimpiakos - Qarabağ 0:3
Qol: K.Ovusu, 68. M.Veşoviç, 82. R.Şeydayev, 86.
Hakimlər: İrfan Pelto, Davor Belyo, Damir Laziç, Antoni Bandiç (Bosniya və Herseqovina).
Pirey, "Georgios Karaiskakis" stadionu.
Olimpiakos: 88. Kostas Tsolakis, 2. Şime Vrsalko, 5. Andreas Buxalakis (k), 6. Yann Mvila, 8. Pyer Kunde, 18. Hvan İy Co, 21. Pep Biel, 26. Qonsalo Avila, 45. Oleq Ryabçuk, 66. Pape Abu Sisse, 77. Qarri Rodriges.
Ehtiyat oyunçular: 91. Aleksandros Pasxalakis, 99. Atanasios-Teoloqos Papadudis, 12. Marselo, 15. Sokratis Papastatopulos, 17. Marius Vrusai, 19. Yorqos Masuras, 20. Coş Bouler, 28. Matye Valbuena, 33. Hvanq İn-Beom, 47. Abubakar Kamara, 74. Andreas-Rixardos Ntoi.
Baş məşqçi: Miçel Qonsales.
Qarabağ: 1. Şahruddin Məhəmmədəliyev 2. Qara Qarayev (k) 7. Riçard Almeyda, 10. Abdullah Zubir, 11. Kvabena Ovusu, 13. Bəhlul Mustafazadə, 15. Leandro Andrade, 20. Kadi Borges. 29. Marko Veşoviç, 44. Elvin Cəfərquliyev, 55. Bədavi Hüseynov.
Ehtiyat oyunçular: 23. Luka Quqeşaşvili, 89. Amin Ramazanov, 4. Rahil Məmmədov, 5. Maksim Medvedev, 6. Julio Roman, 18. İsmayıl İbrahimli, 19. Filip Ozobiç, 22. Musa Qurbanlı, 27. Toral Bayramov, 30. Abbas Hüseynov, 77. Ramil Şeydayev, 81. Kevin Medina.
Baş məşqçi: Qurban Qurbanov.
Xal: Frayburq - 9. Qarabağ - 6. Nant - 3. Olimpiakos - 0.