"Bakını çox bəyəndim, orada gözəl vaxt keçirdim. Komandalar çox sərt qrupda mübarizə aparır"

"Qarabağ"ın sabiq futbolçusu çumbinyo bu komandanın Avropa Liqasının qrup mərhələsinin 3-cü turu çərçivəsində "Olimpiakos"a qarşı keçirəcəyi oyundan öncə fikirlərini bölüşüb. Matc.az xəbər verir ki, o, Yunanıstan mətbuatına açıqlamasında bunları söyləyib:
 
"Mən "Qarabağ"ı "Olimpiakos"dan daha yaxşı tanıyıram. üç il orada oynamışam. "Qarabağ"la bağlı əla xatirələrim var. Mənə orada oynamaq imkanı verən kluba təşəkkür edirəm. Bakını çox bəyəndim, orada gözəl vaxt keçirdim. Komandalar çox sərt qrupda mübarizə aparır. "Olimpiakos"un rəqibləri ilə başabaş mübarizə aparacağına inanıram. Qarabağ"ın da bu qrupdan çıxmaq üçün kifayət yaxşı şansı var".
 
Braziliyalı oyunçu Ağdam klubunda başına gələn maraqlı xatirələrindən birini də bölüşüb: "Avrokubok oyunu üçün Avstriyaya yollanmışdım. Bütün futbolçular avtobusda oturub gecikən komanda yoldaşını gözləyirdi. O geciksə də, gülərək gəldi. Baş məşqçi həmin oyunçuya baxaraq, bütün heyətin onu gözlədiyinə sevinib-sevinmədiyini soruşdu. Əslində ona belə dedi: "Biletinizi kassada bron edin və səyahətinizdən həzz almağa hazırlaşın". çox gözəl replika idi".
 
Xatırladaq ki, hazırda Yunanıstan "Etnikos"unda çıxış edən çumbinyo 2013-2015-ci illərdə Ağdam təmsilçisinin formasını geyinib. O, 2010-2013-cü illər aralığında müqavilə ilə "Olimpiakos"a məxsus olsa da, fərqli komandalarda icarədə oynayıb.
 
Bu gün "Georgios Karaiskakis" stadionunda keçiriləcək "Olimpiakos" - "Qarabağ" matçına Bakı vaxtı ilə saat 23:00-da start veriləcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest