"Turan Tovuz"un futbolçusu Ehtiram Şahverdiyev ötən gün Premyer Liqanın 9-cu turu çərçivəsində baş tutan "Neftçi" ilə səfər oyununda zədə almışdı. Matc.az xəbər verir ki, 26 yaşlı yarımmüdafiəçi qarşılaşmanın 58-ci dəqiqəsində ikili mübarizə zamanı ciddi xəsarət aldığı üçün meydanı xərəkdə tərk etmişdi.
 
Tovuz klubu yarımmüdafiəçinin durumu barədə açıqlama yayıb. Xəbərdə bildirilir ki, Şahverdiyev xəstəxanada müayinə olunduqdan sonra evə buraxılıb. Futbolçu 2 günlük istirahətin ardından komanda ilə məşqlərə qoşulacaq.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest