Futbol üzrə Almaniya 3-cü liqasında 12-ci turun oyunları keçirilib. Matc.az xəbər verir ki, Azərbaycan millisinin yarımmüdafiəçisi Dmitri Nazarovun formasını geyindiyi "Ersgebirge" də növbəti matçına çıxıb.
 
Sözügedən kollektiv doğma meydanda "Halleşer"lə qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan heç-heçə ilə ayrılıb - 1:1.
 
Nazarov da bu matçin iştirakçısı olub. O, start heyətdə meydana çıxıb və sonadək mübarizə aparıb. Millimizin üzvü 77-ci dəqiqədə sarı vərəqə ilə də cəzalanıb.
 
"Ersgebirge" 12 turdan sonra 10 xalla 20 kollektiv arasında 18-ci pillədə qərarlaşıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest