İtaliyanın "Verona" komandasının yeni baş məşqçisi müəyyənləşib. Matc.az xəbər verir ki, A Seriyası təmsilçisi Salvatore Bokkettiyə tapşırılıb.
 
Bu barədə klubun rəsmi saytı məlumat yayıb. Tərəflər arasındakı müqavilənin müddəti açıqlanmır. 35 yaşlı Bokketti bir neçə gün öncə istefaya göndərilmiş Qabriele çoffini əvəz edib. 47 yaşlı mütəxəssisin istefasına komandanın cari mövsümdəki uğursuz çıxışı səbəb olub. "Verona" A Seriyasının geridə qalan 9 turunda cəmi 1 qələbə qazanıb və 5 xalla 20 iştirakçı arasında 18-ci pillədə qərarlaşıb.
 
Salvatore Bokketti ilk dəfə baş məşqçi kimi fəaliyyət göstərəcək. İtaliya yığmasının sabiq üzvü futbolçu buna qədər "Verona"nın əvəzedici komandasında məşqçi kimi çalışırdı.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest