Fransa çempionatında 11-ci turun oyunları keçirilir. Matc.az xəbər verir ki, "Qarabağ"ın Avropa Liqasının qrup mərhələsində rəqiblərindən olan "Nant" da növbəti oyununa çıxıb.
 
Sözügedən komanda doğma meydanda "Brest"lə qarşılaşıb. "Qarabağ"ın rəqibi bu oyunda darmadağınla qalib gəlib – 4:1.
 
"Nant" 11 turdan sonra 10 xalla 20 iştirakçı arasında 14-cü pillədə qərarlaşıb. "Qarabağ" bu rəqibini Bakıdakı ilk matçda 3:0 hesabıyla məğlub edib. İkinci matç isə oktyabrın 27-də Fransada baş tutacaq.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest