Futzal üzrə Azərbaycan çempionu "Araz Naxçıvan"la Qazaxıstanın "Kayrat" komandası arasında oktyabrın 22-də keçirilməsi nəzərdə tutulan yoxlama oyunu hər iki baş məşqçinin istəyi ilə ləğv edilib. Matc.az xəbər verir ki, buna bu gün keçirilmiş matçda bir neçə futzalçının zədələnməsi səbəb göstərilib.
 
"Araz Naxçıvan"ın heyətində Katatau və Andreu Varqas zədələnərək görüşü sona qədər davam etdirə bilməyib. ölkə çempionu buna qədər Sineseni də analoji səbəbdən itirmişdi.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest