Almaniya Bundesliqasında 11-ci tura yekun vurulub. Matc.az xəbər verir ki, sonuncu oyun günündə 2 qarşılaşma baş tutub.

"Bohum"un qonağı olan lider "Union Berlin" turu məğlubiyyətlə başa vurub. "Herta" - "Şalke" matçında da meydan sahibləri qələbə qazanıblar.

11 turdan sonra 23 xalı olan "Union Berlin" hələ də vahid liderdir. "Bayern" 22 xalla 2-ci, "Frayburq" 21 xalla 3-cüdür. 20 xalı olan "Ayntraxt" 4-cü, Dortmund "Borussiya"sı 19 xalla 5-ci pillədə qərarlaşıb.

Almaniya Bundesliqası
11-ci tur

21 oktyabr

Maynts – Köln 5:0
Qol: İnqvartsen, 11-pen. Kohr, 35. Stax, 40. Martin, 73. Onisivo, 83.

22 oktyabr

Auqsburq – Leypsiq 3:3
Qol: Berişa, 34. Demiroviç, 51. Varqas, 64 – A.Silva, 73. Nkunku, 89. N.Ramos, 90.

Bayer – Volfsburq 2:2
Qol: Diabi, 17. Frimponq, 76 – Andrix, 28-öz qapısına. Arnold, 54.

Borussiya (Dortmund) – Ştutqart 5:0
Qol: Bellingem, 2; 53. Sule, 13. Reyna, 44. Mukoko, 72.

Frayburq – Verder 2:0
Qol: Kubler, 56. Qrifo, 80.

Hoffenhaym – Bayern 0:2
Qol: Musiala, 18. Şupo-Motinq, 38.

Borussiya (Mönhenqladbax) – Ayntraxt 1:3
Qol: Turam, 72 – Lindstrom, 6; 45. Ebimbe, 29.

23 oktyabr

Bohum – Union Berlin 2:1
Qol: Hofmann, 43; 71 – Pantoviç, 90+3.

Herta – Şalke 2:1
Qol: Tuzar, 49. Kanqa, 88 – Molle, 85.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest