28 Oktyabr 2022, 02:35
AVROPA LİQASI
"Qarabağ"ın yarımmüdafiəçisi Abdullah Zubir Avropa Liqasının qrup mərhələsinin 5-ci turu çərçivəsində Fransanın "Nant" komandasına qarşı keçirdikləri oyunu şərh edib.
"Qarabağ"ın yarımmüdafiəçisi Abdullah Zubir Avropa Liqasının qrup mərhələsinin 5-ci turu çərçivəsində Fransanın "Nant" komandasına qarşı keçirdikləri oyunu şərh edib. Matc.az xəbər verir ki, o, 1:2 hesabıyla uduzduqları matçdan sonra "CBC Sport"a açıqlamasında bunları söyləyib:
"Futbolda belə hallar olur. öz oyunumuzu göstərməyə çalışdıq. Təbii ki, son dəqiqələrdə qol buraxdığımız üçün məyusuq. Amma irəliyə baxmalı və Bakıda "Frayburq"u məğlub etməliyik. Həmin oyun finala bərabər olacaq. Qrupdan çıxmaq hədəfimizdir. İnanıram ki, Bakıda istədiyimiz nəticəni əldə edəcəyik".
Vaxtilə Fransada oynadığını xatırladan Zubir bu ölkədə möhtəşəm azarkeşlər və əla atmosfer olduğunu söyləyib: "Buraya qayıtmaq mənim üçün gözəldir. Fransada ailə üzvlərim, dostlarım var. Buna baxmayaraq, Nantdan məyus qayıdıram".