Avropa Liqasında qrup mərhələsinin 5-ci turunun oyunlarından sonra həftənin ən yaxşı oyunçusu adına namizədlər bəlli olub. Matc.az xəbər verir ki, UEFA ənənəvi olaraq 4 namizəd müəyyənləşdirib.
 
Bu ada İspaniya "Real Sosyedad"ından Robert Navarro, Fransa "Renn"indən Amin Quiri, Niderlandın PSV klubundan Lyuk De Yonq və Kiprin AEK (Larnaka) komandasından Omri Altman iddia edir.
 
Qalib UEFA-nın rəsmi saytında azarkeşlər arasında keçiriləcək səsvermə nəticəsində müəyyənləşəcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest