28 Oktyabr 2022, 12:16
AVROPA LİQASI
Fransanın "Nant" komandasının yarımmüdafiəçisi Pedro çirivelya Avropa Liqasının qrup mərhələsinin 5-ci turu çərçivəsində "Qarabağ"a qarşı keçirdikləri oyunu şərh edib. Matc.az xəbər verir ki, o, 2:1 hesabıyla qalib gəldikləri oyundan sonra yerli mətbuata açıqlamasında bunları söyləyib:
"Bu oyunda çoxlu güc sərf etdik. Sonadək təslim olmadıq və layiqli qələbə qazandıq. çünki "Qarabağ" çox yaxşı komandadır. Onlara qarşı mübarizə aparmaq çətindir. Topla oynamağı sevirlər və fiziki cəhətdən də güclüdürlər. Son dəqiqələrdə çox yorğun olsam da, qol vuranda sevincimdən dəli kimi qaçdım. Fevralda avrokubok həyəcanını yenidən yaşamaq istəyirik".