28 Oktyabr 2022, 20:36
AVROPA LİQASI
Avropa Liqasında qrup mərhələsinin 5-ci turunun oyunlarından sonra həftənin ən yaxşı futbolçusu bəlli olub. Matc.az xəbər verir ki, azarkeşlərin UEFA-nın rəsmi saytındakı səsverməsinə əsasən, bu ada Fransanın "Renn" klubunun hücumçusu Amin Quiri layiq görülüb.
22 yaşlı forvard Türkiyədə "Fənərbaxça" ilə 3:3 hesablı heç-heçə etdikləri görüşdə 2 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.
Avroliqada həftənin ən yaxşı oyunçusu adına Robert Navarro ("Real Sosyedad", İspaniya), Lyuk De Yonq (PSV, Niderland) və Omri Altman (AEK, Larnaka, Kipr) da namizəd idi.