AFFA-nın Lisenziyalaşdırma Qrupunun rəhbəri Elçin Məmmədov UEFA-dan növbəti təyinat alıb.

AFFA-nın Lisenziyalaşdırma Qrupunun rəhbəri Elçin Məmmədov UEFA-dan növbəti təyinat alıb. Matc.az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, o, Türkiyədə "Trabzonspor" və Macarıstanın "Ferentsvaroş" komandaları arasında keçiriləcək Avropa Liqasının qrup mərhələsinin 6-cı turunun oyununda UEFA Matç direktoru (UEFA Venue Director) qismində çalışacaq.
 
Qarşılaşma noyabrın 3-də Trabzon şəhərindəki "Şenol Güneş Spor Kompleksi"ndə baş tutacaq.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest