"Həmin görüş çox gərgin keçmişdi. Onların yaxşı hücumçuları var. Sabahkı qarşılaşmanı da səbirsizliklə gözləyirəm"

Almaniyanın "Frayburq" komandasının yarımmüdafiəçisi Yannik Keytel Avropa Liqasının qrup mərhələsinin sonuncu - 6-cı turu çərçivəsində "Qarabağ"a qarşı keçirəcəkləri səfər oyunundan əvvəl fikirlərini bölüşüb. Matc.az xəbər verir ki, 22 yaşlı futbolçu bu gün Frayburqda təşkil olunan mətbuat konfransında bunları söyləyib:
 
"Azərbaycana gedəcəyim üçün çox sevinirəm. çünki heç vaxt bu ölkədə olmamışam. Qarşılaşmaya ciddi yanaşacağıq. Bakıdakı matçda qələbə qazanmaq istəyirik. Heyətdə kimin yer almasından, hansı ölkədə çıxış etməyimizdən asılı olmayaraq, yüz faiz gücümüzü ortaya qoyacağıq".
 
Keytel Almaniyada "Qarabağ"a 2:1 hesabı ilə qalib gəldikləri ilk oyunu da xatırlayıb: "Həmin görüş çox gərgin keçmişdi. Onların yaxşı hücumçuları var. Sabahkı qarşılaşmanı da səbirsizliklə gözləyirəm".
 
Sabah Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək "Qarabağ" – "Frayburq" matçına saat 21:45-də start veriləcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest