02 Noyabr 2022, 19:43
AVROPA LİQASI
"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Avropa Liqasının qrup mərhələsinin 6-cı turu çərçivəsində Almaniyanın "Frayburq" komandasına qarşı keçirəcəkləri oyundan öncə fikirlərini bölüşüb. Matc.az xəbər verir ki, o, bu gün baş tutan mətbuat konfransında bunları söyləyib:
"Keçmişə qayıtmaq istəmir, uğursuz seriya haqqında düşünmürük. Hazırda yalnız sabahkı matçı fikirləşirik. Bütün fikrimiz bu oyundadır. Qarşımızda intizamlı, güclü komanda var. Ona görə də istəyirik ki, tam gücümüzlə matça köklənək".
O, görüşün mahiyyətini yaxşı dərk etdiklərini söyləyib: "Qrupda məğlubiyyəti olmayan komanda ilə qarşılaşacağıq. Rəqibi tanıyırıq, oyunçularına bələdik. Futbolçularıma güvənirəm. ümid edirəm ki, ən yaxşı oyunumuzu göstərəcəyik".
Qurbanov zədəli futbolçuların durumundan da söz açıb: "Bədavi Hüseynov oynamayacaq. Leandro Andrade də zədəlidir. Qara Qarayev isə hələlik komanda ilə məşq etmir".
"Frayburq"un artıq liderliyi təmin etməsinə toxunan təcrübəli mütəxəssis deyib ki, komanda lazımi nəticəni əldə edəndə daha rahat oynayır: "Bəzən isə xal lazım olan komandada gərginlik daha çox olur. Biz daha çox öz oyunumuzu fikirləşirik. Görək, hansı heyətlə çıxacaqlar və necə oynayacaqlar".
Baş məşqçinin sözlərinə görə, son vaxtlar psixoloji durum barədə çox danışılır: "Biz hamımız peşəkarıq. Bilirik ki, ya qalib gələcəyik, ya da məğlub olacağıq. "Nant"la oyunumuzdan sonra Şahruddin Məhəmmədəliyevin adı çox hallandl. Səhvsiz futbolçu yoxdur. Bu hal həm məni narahat edir, həm də komandada təzyiq yaradır. Azarkeşlərimizi də yaxşı başa düşürəm. Həmişə onlara güvənmişk. Hamımız birlikdə rəqiblərə qalib gələ bilərik. Anma bu cür hallar pis təsir edir. Bununla belə, hər şey qaydasındadır. Heç bir psixoloji problemimiz yoxdur. Futbolçuların hamısı başa düşür ki, bu cür oyunlarda özlərini necə aparmaq lazımdır".
Qurbanov "Frayburq"la qarşılaşmanı 2017/18 mövsümündə çempionlar Liqasının pley-off mərhələsində Danimarka "Kopenhagen"inə qarşı keçirdikləri matçla müqayisə edib: "Əslində bu, mənim üçün elə də asan deyil. İlkləri əldə etmək çox yaxşı hissdir. Ad olaraq çempionlar Liqasının qrupunda oynamaq daha yaxşı kimi görünsə də, mən bu oyunu ondan zəif saymıram. Həyəcan, təbii ki, həmişə olur. Amma biz artıq müəyyən qədər təcrübəli komandaylq. Sabahkı oyuna tam ciddiyətlə hazırlaşırıq".
Qeyd edək ki, noyabrın 3-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək matç saat 21:45-də başlayacaq.