İspaniyanın "Selta" komandasına yeni baş məşqçi təyin olunub. Matc.az xəbər verir ki, La Liqa təmsilçisini bundan sonra Karlos Karvalhal çalışdıracaq.
 
Bu barədə klubun rəsmi saytı məlumat yayıb. Tərəflər arasında 2024-cü ilin 30 iyununa kimi müqavilə imzalanıb.
 
Karvalhal "Selta"da bu gün istefaya göndərilmiş Eduardo Koudeti əvəz edib. Portuqaliyalı son olaraq Birləşmiş Ərəb Əmirliklərinin "Əl-Vahda" komandasına rəhbərlik edib. 56 yaşlı mütəxəssis iyundan etibarən çalışdırdığı bu klubdan ötən ay ayrılmışdı. 
 
"Selta" son beş matçdan dördündə uduzub və cəmi bir oyunda heç-heçə edib. Komanda 11 xalla 16-cı pillədə qərarlaşıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest