"Qarabağ"ın UEFA Avropa Liqasının pley-off mərhələsindəki bütün potensial rəqibləri bəlli olub. Matc.az  xəbər verir ki, ağdamlıların 1/16 finalda qarşılaşa biləcəyi komandaların adlarına çempionlar Liqasında qrup mərhələsinin VI turunun oyunlarından sonra bilinib.
 
Ağdam təmsilçisi G qrupunda 2-ci pilləni tutsa, "Ayaks" (Niderland), "Bayer" (Almaniya), "Barselona", "Sevilya" (hər ikisi İspaniya), "Sportinq" (Portuqaliya), "Zaltsburq" (Avstriya), "Şaxtyor" Donetsk (Ukrayna) və "Yuventus" (İtaliya) kimi rəqiblərdən biri ilə üz-üzə gələcək.
 
Qeyd edək ki, "Qarabağ" bu gün AL-in son turu çərçivəsində Almaniya "Frayburq"unu qəbul edəcək. Hazırda 7 xalla 2-ci pillədə yer alan Ağdam təmsilçisi rəqibinə qalib gələcəyi halda, Yunanıstanda "Olimpiakos" və Fransa "Nant"ı arasında keçiriləcək digər görüşün nəticəsindən asılı olmayaraq, adını pley-offa yazdıracaq.
 
Avropa Liqasında 1/16 finalın püşkü noyabrın 7-də atılacaq.
 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest